Mərkəzi banklar: Almaniya | Banco.az

Mərkəzi banklar: Almaniya

Müəllif: Gülnar Əhmədli, Banco.az

Alman Federal Bankı (Deutsche Bundesbank) Almaniyanın mərkəzi bankı kimi fəaliyyət göstərir. Bundesbank 1957-ci ildə "Bank Deutscher Lander"in varisi kimi yaradılıb. Bankın baş ofisi Almaniyanın Frankfurt şəhərində yerləşir.

Bankın əsas biznes sahələrinə pul siyasəti, banklara nəzarət, maliyyə və pul sistemi, kassa əməliyyatları və nağdsız ödənişlər daxildir. Pul və maliyyə sisteminə gəldikdə isə bank milli, eləcə də beynəlxalq maliyyə böhranlarının qarşısını almağı hədəfləyir.

Bankın maliyyə bazarının müşahidələri və təhlili böhranların ilkin mərhələlərində müvafiq əks tədbirlərin işlənib hazırlanması üçün risk mənbələrinin tanınmasına kömək edir. Bundesbank maliyyə bazarlarının sabitliyini qorumaq və nəticədə Almaniyanın maliyyə sisteminin sabitliyini artırmaq məqsədi daşıyır. Mərkəzi Bank həmçinin ehtiyat aktivlərinin idarə edilməsinə cavabdehdir. Bundesbank pul siyasəti ilə bağlı məsələlər üzrə federal hökumətin fiskal agenti və məsləhətçisidir.

Bank öz regionlarında maliyyə xidməti təminatçıları və kredit təşkilatlarının monitorinqinə cavabdeh olan 9 regional ofis şəbəkəsini idarə edir. Regional ofislərin digər vəzifəsi pul siyasəti, pulla bağlı məsələlər və maliyyə bazarları haqqında geniş ictimaiyyəti məlumatlandırmaqdır.

Ofislər həmçinin Bundesbank-dan yenidən maliyyələşdirmə üçün müraciət edən bankların kredit qabiliyyətini təhlil edir. Bundan əlavə, Mərkəzi Bankın regional idarələrinə tabe olan 31 filial şəbəkəsi fəaliyyət göstərir. Onlar iqtisadiyyatı avro əskinasları və sikkələrlə təmin edir. 

Bundesbank Avropa Mərkəzi Banklar Sisteminin bir hissəsini təşkil edir. Bank qurumun fəaliyyəti ilə bağlı tapşırıqların yerinə yetirilməsində iştirak edir. Eyni zamanda beynəlxalq və daxili ödənişlərin vaxtında və düzgün icrasını təşkil edir.

Bundesbank not emissiya təşkilatı rolunda ölkə iqtisadiyyatı üçün nağd pulu və onun dövriyyəsini təmin edir. Bankın bankiri kimi qurum Almaniyada kommersiya bankları üçün klirinq mərkəzi və yenidən maliyyələşdirmə mənbəyi kimi çıxış edir. Bank həm də kommersiya banklarının fəaliyyətinin tənzimlənməsinə köməklik göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Dövlətin bankiri olaraq Bundesbank yerli, əyalət, federal hakimiyyət orqanlarına və qanuni sosial təminat təşkilatlarına bank xidmətləri təklif edir.

Bundan əlavə, Bundesbank valyuta ehtiyatlarının, qızıl ehtiyatlarının, xarici banklarla kreditlərin, xarici valyutada qiymətli kağızların və s. qoruyucusudur. Bank onları mənfəət üçün yatıra və güclü məzənnə dəyişikliyi zamanı bazara müdaxilə edə bilər. 

2022-ci ildən etibarən Yoahim Nagel bankın prezidenti vəzifəsini icra edir. 

Əlaqə:

Telefon : +49 69 9566-0

Mərkəzi Bankın rəsmi saytı: https://www.bundesbank.de/en

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram