Hazırki dönəm üçün influencer marketing bir çox markanın özünü istehlakçıya sevdirmə üsullarından biri və ən aktuallarındandır. Sosial medianın durmadan genişlənməsi sosial media infuencer-lərinin yaranmasına səbəb olub.Hazırda sosial media influencer-ləri bir çox bu günə kimi influencer-ləri geridə qoymaqla yanaşı markalar üçün daha çox satış imkanı tanıyır. sosial media influencer-in ən önəmli özəlliyi isə səmimi olmasıdır.
Sosial media influencer-i olmaq üçün nə etməli və ya necə özünüzü influencer edə bilərsiniz?
Hazırda bir çox insan influencer olaraq markalardan ciddi bir ödənişlər almağa çox maraqlıdır. Kim oturduğu yerdə bir paylaşımı üçün pul qazanmaq istəməz ki?
Bəs influencer olmaq üçün hansı sosial media vasitələrindən istifadə edilməlidir?
Bloglar
Davamlı bir şəkildə vahid bir mövzu üzərinə fokuslanaraq, istifadəçiyə mövzunun bilinməyən və ya maraqlı hissələrini istifadəçiyə çatırmaqla influencer ola bilərsiniz.
Vloglar
Blog yazmağın video variantı olan vloglar son dönəmlərdə instagram vasitəsi ilə daha da aktuallıq qazandı. Vahid mövzuya fokuslanmayan vloglar həm influencer-lər həm də markalar üçün daha cəlb edici bir yöndür.
İnstagram
İnstagramın ən önəmli üstünlüklərindən biri olduqca asan şəkildə mövzu paylaşılabilən bir platforma olması, özünə məxsus və gözəl bir foto və ya qısa videoların paylaşılması ilə rahatlıqla istifadəçi əldə etmə imkanına sahiblənə bilirsiniz. Xüsusi ilə bunu qeyd edək ki, instagram influencer-i olmaq üçün haştagların düzgün seçilməsi də önəmli rola sahibdir.
Ölkəmizdə Influencer marketing adına fəaliyyət göstərən keepface.com platforması var ki, bu latformadan istifadə edərək pul qazana bilərsiniz.
Kamran Saleh, marketinghub.az