Litva Ukraynaya 50 milyon avroya qədər hərbi yardım göndərəcək | Banco.az

Litva Ukraynaya 50 milyon avroya qədər hərbi yardım göndərəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Litva bu ilin sonuna qədər Ukraynaya 50 milyon avroya qədər hərbi yardım göndərəcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Laurinas Kaçyunas bildirib.

“Bu il Ukraynaya göstərdiyimiz yardımın həcmi 153 milyon avro təşkil edib. İlin sonuna qədər əlavə yardımın dəyəri 40 milyon avrodan 50 milyon avroya qədər olacaq”, - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Litva Ukraynanın uzaqmənzilli silahlarının, o cümlədən “Palyanitsa” dron raketinin istehsalının inkişafına 10 milyon avro sərmayə qoymaq niyyətindədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et