Kitab oxumağın 5 Faydası | Banco.az

Kitab oxumağın 5 Faydası

İnsanlıq tarixində vacib bir yer tutan kitabın önəmini hamımız bilirik. “Vaxtım azdır”, “Çox işim var” kimi bəhanələrlə özünüzü aldatmadan öncə bu yazımıza bir göz atıb rəfdə boynu bükük duran kitaba daha bir şans verməyinizi istəyirik. Gəlin başlayaq.

1) Xəyal gücünüz Everestin zirvəsinə çatar!

Kitabların sərhədsiz dünyasına girdiyiniz zaman artıq imkansız deyilən bir şey qalmayacaq. Kitablar sizə xəyal gücünüzü istifadə edə bilmək imkanını verir . Eynşteyn xəyal gücü ilə bağlı belə demişdi:

“Xəyal gücü elmdən daha önəmlidir. Çünki elm məhdud ola bilər, xəyal gücü isə bütün dünyanı əhatə edər”.

Eynşteyn bununla kifayətlənməyib xəyal gücü ilə bağlı başqa bir sitat gətirmişdi:

“Məntiq sizi A nöqtəsindən B nöqtəsinə aparar. Xəyal gücü isə hər yerə”.

2) Xəyal gücü x Elm = Kreativlik

Xəyal gücünüzü düzgün istifadə etməklə kreativliyiniz artar və bununla da, heç kimin ağlına gəlməyən ideyaları tapmaq şansınız çoxalar. Kitab oxumağın yaradıcılığınızı inkişaf etdirəcəyindən əminik. Bir çox marketinq mütəxəssisi və biznesmen kitab oxumağın kreativliyi alovlandırdığını deyirlər. Kitabdakı qəhrəmanın bir sitatı sizə ilham qaynağı ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

3) Ürəyim sıxılır.

Nə edim deyə düşünürsünüz? Heç tanımadığınız həyatlara və hadisələrə şahidlik etmək istəyirsiniz? Həm də onları izlədiyinizdən heç kimin xəbəri olmayacaq! Belə bir imkanı sizə kitablar verir. Olmadığınız bir şəhərdə, heç tanımadığınız insanlar haqqında hadisələrə şahid olmaq ürək sıxıntısına tez bir zamanda son verəcək.

4) Hmm… Iııı…Şey…

Kitab oxumağın bəlkə də ən böyük faydalarından biri də danışıq qabiliyyətini inkişaf etdirə bilmək fürsətidir. İş iclaslarında, universitetdə prezentasiya edərkən və ən sadəsi isə, dost məclisində danışarkən dayanmadan səlist danışmağın ən rahat yollarından biri kitab oxumaqdır. Yazıçıların və şairlərin min bir əziyyətlə ərsəyə gətirdikləri əsərləri oxumaqla dərin mənalı kəlimələri xəzinənizə əlavə edərək özünüzə ən böyük yaxşılığı etmiş olarsınız.

5) Həm iş həyatında, həm də şəxsi həyatda uğurun açarıdır!

Kitab deyərkən ancaq romanları nəzərdə tutmuruq. Fərdi inkişaf kitablarını və akademik kitabları da bu siyahıya daxil edirik. Bir sektorda mütəxəssis olmaq istəyirsiniz? Həll yolu sadədir, kitab oxuyun. Bir mövzu sizi maraqlandırır? Həll yolu yenə çox sadədir, kitab oxuyun. Ədəbi kitabları oxuyaraq şəxsi həyatınızda böyük inkişaf əldə edə bilərsiniz. İnsanları və fərqli mədəniyyətləri tanımağınıza ən böyük dəstəyi yenə kitablar verəcək. Bundan əminik.

Moneta.az