Kanada Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb | Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Kanada Mərkəzi Bankının rəhbəri Tiff Maklem başda olmaqla rəsmilər gecəlik faiz dərəcəsini 2,25 faiz səviyyəsində saxlayıblar. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçılar və svop bazarlarındakı investorlar da bankın faiz dərəcəsini dəyişməyəcəyini gözləyirdilər.

Pul siyasəti üzrə qərar qəbul edənlər ABŞ ilə gömrük rüsumları müharibəsinin yaratdığı qeyri-müəyyənliyi qiymətləndirərkən qısamüddətli borclanma xərclərini sabit saxlamağa üstünlük veriblər.

Mərkəzi Bank açıqlamasında iqtisadiyyatın və inflyasiyanın iyul proqnozlarına uyğun olaraq “ümumilikdə inkişaf etdiyini”, lakin “inflyasiya ilə bağlı yuxarı istiqamətli risklərin artdığını və yeni gömrük rüsumlarının iqtisadi artım perspektivlərini daha qeyri-müəyyən etdiyini” bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram