İspaniyada qaz qiymətlərinə yuxarı hədd qoyulub, yanacaq endirimi uzadılıb | Banco.az

İspaniyada qaz qiymətlərinə yuxarı hədd qoyulub, yanacaq endirimi uzadılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İspaniyada qaz qiymətlərinə yuxarı hədd qoyulub, yanacaq endirimi uzadılıb.

Banco.az xəbər verir ki, İspaniyada azlıq sol koalisiya hökuməti ABŞ-İran gərginliyinin iqtisadi təsirlərini azaltmaq məqsədilə qaz qiymətlərinin artımını məhdudlaşdıran və yanacaq endirimlərini uzadan bir sıra yeni tədbirlərin həyata keçirilməsinə qərar verib.

Nazirlər Şurasının həftəlik növbəti iclasında hökumət ABŞ-İran gərginliyinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq məqsədilə hazırlanan üçüncü tədbirlər paketini təsdiqləyib.

Baş nazirin müavini, iqtisadiyyat, ticarət və şirkətlər naziri Karlos Ku­erpo Nazirlər Şurasının iclasından sonra verdiyi açıqlamada qəbul edilən qərarların qaz tariflərindəki artımlara yuxarı hədd qoyulmasını və yanacaq endirimlərinin ilin sonunadək uzadılmasını nəzərdə tutduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram