İrandan neft alışı üçün bəzi ölkələrə verilən möhlət uzadılmayacaq - NEFT BAHALAŞIR | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

İrandan neft alışı üçün bəzi ölkələrə verilən möhlət uzadılmayacaq - NEFT BAHALAŞIR

 "Bloomberg"in mövzuya yaxın dörd mənbəyə istinadən yaydığı xəbərə görə, Donald Trampın başçılıq etdiyi hökumət, İrandan neft alışına görə ABŞ sanksiyalarından azad olunan bəzi ölkələr üçün müəyyən edilmiş möhləti 2 May tarixindən sonra uzatmayacaq.

ABŞ-ın Xarici işlər naziri Michael Pompeo-nun Bazar ertəsi günü səhər Vaşinqtonda Yunanıstan, Çin, Hindistan, İtaliya, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəni ehtiva edən və  son günü 2 May olaraq müəyyən edilmiş azadolma qərarına dair açıqlama verəcək. 

İki mənbəyə görə, bazarda İran neftinin ixracının dayanması ilə yaranacaq kəsiri Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri bağlayacaqdır.

Qeyd edək ki, xəbərdən sonra neft qiymətləri yüksəlib, Brent neftin qiyməti 74 dolları keçib.