Alman şirkətləri istehsalı xaricə köçürməyi qiymətləndirir | Banco.az

Alman şirkətləri istehsalı xaricə köçürməyi qiymətləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Alman Sənaye və Ticarət Palataları Assosiasiyası (DIHK) tərəfindən yayımlanan illik sorğunun nəticələrinə əsasən, ötən il şirkətlərin təxminən yarısında elektrik enerjisinin qiyməti artıb, üçdə ikisindən çoxunda isə istilik xərcləri yüksəlib.

Sorğuda iştirak edən 3 mindən çox şirkətin təxminən üçdə biri yüksək enerji xərcləri səbəbindən investisiya planlarını təxirə saldıqlarını bildirib. Respondentlərin təxminən beşdə biri isə Almaniyadakı istehsal güclərini azaltmağı, istehsalı xaricə köçürməyi düşündüklərini və ya artıq bu addımı atdıqlarını qeyd edib.

DIHK-nin prezidenti Peter Adrian bildirib ki, qlobal böhranlar və struktur problemlər Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada enerji qiymətlərinin yüksəlməsinə səbəb olur.

Adrian qeyd edib: “Yüksək enerji xərclərinin artıq təkcə mövcud biznes fəaliyyətinə yük yaratmaması, eyni zamanda gələcək investisiyalara da mane olması ciddi narahatlıq doğurur.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram