Bank of Baku-nun depozit portfeli 1 mlrd. manata yaxınlaşır | Banco.az

Bank of Baku-nun depozit portfeli 1 mlrd. manata yaxınlaşır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank of Baku-nun depozit portfeli 30 iyun 2026-cı il tarixinə 948 milyon 889 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli ilin əvvəli ilə müqayisədə 208 milyon 633 min manat və ya 28,2% artıb. 

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 828 milyon 636 min manat, hüquqi şəxslərin depozitləri isə 120 milyon 253 min manat təşkil edib. 

2025-ci ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 159 milyon 276 min manat (23,8%), hüquqi şəxslərin depozitləri isə 49 milyon 357 min manat (69,6%) artıb.

2025-ci ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 669 milyon 360 min manat və 70 milyon 896 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram