İki bankçılıq nəhəngi iki qadın əməkdaşa mühüm vəzifə verib | Banco.az

İki bankçılıq nəhəngi iki qadın əməkdaşa mühüm vəzifə verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İki bankçılıq nəhəngi iki qadın əməkdaşa mühüm vəzifə verib.

Banco.az xəbər verir ki, “Commerzbank” bankda maliyyə direktoru (CFO) vəzifəsində çalışan Bettina Orloppu baş direktor (CEO0 təyin edib.

Picture background

Bettina Orlopp yaxın vaxtlarda “Commerzbank”ın baş direktoru vəzifəsinin icrasına başlayacaq.

Hazırda şirkətdə maliyyə direktoru vəzifəsində çalışan Orlopp bu ay 2025-ci ilin sonunda CEO vəzifəsini tərk edəcəyini açıqlayan Manfred Knofu əvəz edəcək.

Qeyd edək ki, 25 mindən çox korporativ müştərisi və 42 mindən çox işçisi olan “Commerzbank” Almaniya iqtisadiyyatının təməl daşı kimi tanınır.

“HSBC”nin tarixində ilk qadın maliyyə direktoru təyin edilib.

“HSBC Holdings Plc” 159 illik tarixində ilk qadın baş maliyyə direktorunu təyin etməyi planlaşdırır. Belə ki, Pam Kaur qlobal bankçılıqda ən vacib işlərdən biri üçün bir çox top-menecerlər arasında seçilir.

Ən sərfəli kredit üçün müraciət et

HSBC Considers Appointing First Female CFO in Bank's History - Bloomberg

Məsələ ilə bağlı məlumatlı insanların dediyinə görə, 60 yaşlı Risk və Uyğunluq üzrə Baş Mütəxəssis Kaur Corc Elhederi sentyabrın 2-də Avropanın ən böyük kreditorunun CEO-su olduqdan sonra boş qalan maliyyə direktoru vəzifəsini doldurmaq üçün favorit hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et