İdeal CV forması necə hazırlanmalıdır? | Banco.az

İdeal CV forması necə hazırlanmalıdır?

CV formasını necə yazmalı? CV forması sizin professional fəaliyyətiniz haqda məlumat verən ən vacib vasitədir. Belə olan halda onun ideal olması sizin üçün mühüm əhəmiyyət kəsb edir. CV formasını daha diqqət cəlbedici etmək üçün nə etmək lazımdır? Bu məqalədə mövzu ilə əlaqədar araşdırmamızı sizlərə təqdim edirik.

Öz əlaqələrinizi istifadə edin

Əgər öz karyeranız müddətində tanınmış şirkətlərdə çalışan insanlarla işləmisinizsə, bunu mütləq qeyd edin. Məsələn, “ BMW şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə müqavilə bağlamışam.” şəklində ifadələr qarşı tərəfin diqqətini “Şirkətlərlə müqavilə bağlamışam.” ifadəsindən daha çox çəkə bilər.

Açar sözlərdən istifadə edin

Bəzi bizneslə bağlı ifadələr mövcuddur ki, əsas etibarilə bu sözlər İR daha çox diqqətini çəkməkdədir. Məsələn, əgər İT sahəsi üzrə vakansiyaya müraciət etmisinizsə, onda bildiyiniz proqramları mütləq öz adları ilə qeyd edin. Bu CV-in daha çox diqqət çəkməsinə yardımçı olacaq.

Həmçinin maraqlıdır : İş müsahibələri ilə bağlı 13 qorxunc kabus

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

E-mail ünvanınızı normal şəkildə adlandırın

E-mail ünvanı sizin haqda ilkin fikir formalaşdıracaq vacib ünsürlərdəndir. Uğursuz seçilmiş ünvan sizin CV-in arxa plana atılmasına şərait yarada bilər.

Ən sərfəli kredit üçün müraciət et

Sosial media profillərinizi qeyd etməkdə fayda var

Əgər sosial media vasitələrindən hər hansı birini professional şəkildə istifadə edirsinizsə, onda onu mütləq qeyd edin. Bu sizin haqda fikir formalaşdırmağa qarşı tərəfə yardımçı olacaq.

Öz hobbilərinizi xeyrinizə istifadə edin

CV-də qeyd etdiyiniz hobbilər sizin haqda fikir formalaşdırdığı üçün bu mövzuda da həssas olmaqda fayda var. Məsələn, burda hər hansı qeyri-adi hobbiniz haqda yazaraq ən azından özünüz üçün müəyyən şans yaratmış ola bilərsiniz.

Ümumi xarakterik xüsusiyyətlərdən uzaq durmağa çalışın

Özünüz haqda məlumat hissəsində qeyd edəcəkləriniz unikallq təşkil etmirsə, qeyd etməyə ehtiyac yoxdur.

Unutmayın ki, qısa, lokanik və normal təqdimat seçim şansınızı daha artırır.

Banco.az saytının CV-lər ilə bağlı məsləhətlərini də unutmayın.

Savadlı tərtib edilmiş CV necə olmalıdır?

CV-lərdə ən çox yol verilən xətalar

Yaxşı CV-ni necə hazırlamaq olar?

Nəcibə Yusifova, Banco.az