I yarımildə Azərbaycana 547 ədəd elektrikli avtomobil idxal edilib | Banco.az

I yarımildə Azərbaycana 547 ədəd elektrikli avtomobil idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2026-cı ilin yanvar-iyun aylarında 547 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin elektromobil idxalının dəyəri isə 14 milyon 442 min dollar olub. Hesabat dövründə elektromobil idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 382 ədəd, dəyər ifadəsində isə 17 milyon 183 min dollar və ya 54,3% azalıb.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 929 ədəd, dəyəri 31,6 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram