Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb | Banco.az

Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 5 milyard 866 milyon 958 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsinin 1 milyard 723 milyon 728 min dolları ixracın, 4 milyard 143 milyon 229 min dolları idxalın payına düşüb.

İllik müqayisədə ixrac 23,4% artıb, idxal isə 7,1% azalıb.

Hesabat dövründə ən çox ixrac Çin, Qırğızıstan, Rusiyaya edilib, idxal isə Türkiyə, Rusiya və Çindən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram