Müəllif:Mehin Qasımova,Banco.az
"Ford Motor Company" və "Geely Automobile Holdings" Avropa bazarında mövqelərini gücləndirmək məqsədilə İspaniyanın Valensiya şəhərində birgə istehsal müəssisəsi yaradacaqlarını açıqlayıblar.
Banco.az xəbər verir ki, şirkətlərin yaydığı məlumata görə, yeni müəssisədə həm "Ford", həm də "Geely" markaları üçün müxtəlif enerji texnologiyalarına malik minik avtomobilləri istehsal olunacaq.
Tərəfdaşlığın əsas məqsədi istehsal gücünü artırmaq, Valensiya zavodunun imkanlarından daha səmərəli istifadə etmək və daha geniş məhsul çeşidi ilə Avropa istehlakçılarına rəqabətqabiliyyətli təklif təqdim etməkdir.
Razılaşmaya əsasən, yeni birgə müəssisədə "Ford" 66 faiz, "Geely Auto" isə 34 faiz paya sahib olacaq. Tənzimləyici qurumların təsdiqindən sonra müəssisənin 2027-ci ilin birinci yarısında fəaliyyətə başlaması planlaşdırılır. İlk avtomobillərin isə 2028-ci ildə istehsal xəttindən çıxacağı gözlənilir.
Şirkət bildirib ki, keçid dövründə Valensiyadakı Ford zavodunda "Ford Kuga" modelinin istehsalı fasiləsiz şəkildə davam etdiriləcək.
