FED 4 ildən sonra ilk dəfə faiz dərəcəsini aşağı salıb | Banco.az

FED 4 ildən sonra ilk dəfə faiz dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini 50 baza bəndi azaldıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb.

ABŞ Federal Ehtiyat Sistemi (FED) ötən 4 ildə ilk dəfə faiz dərəcələrini aşağı salıb.

Faiz dərəcəsinin 50 bəndlik endirilməsi qərarı 1 əleyhinə olmaqla 11 səslə qəbul edilib.

FED-dən verilən açıqlamada Mişel Boumanın 25 baza bəndlik faiz endiriminin tərəfdarı olduğu və əleyhinə səs verdiyi bildirilib.

Bildirilib ki, inflyasiya və risk tarazlıqlarında əldə edilən irəliləyişlər fonunda federal fondların faiz dərəcəsi üçün hədəf aralığının 50 baza bəndi azalaraq 4,75-5,00 faiz aralığına salınmasına qərar verilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et