Estoniya müdafiə xərclərini artıracaq | Banco.az

Estoniya müdafiə xərclərini artıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Estoniyanın 2025-ci il dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri prioritet olacaq.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristen Mixal bildirib.

“Hökumət növbəti dörd il ərzində Estoniya xalqının və ölkəsinin hərbi müdafiəsi üçün 5,6 milyard avro ayıracaq. Bu məbləğə 2031-ci ilə qədər uzaqmənzilli silah sistemləri üçün döyüş sursatlarının alınmasına dövlət büdcəsi strategiyası çərçivəsində daha 1,6 milyard əlavə olunacaq”, - deyə o qeyd edib.

Beləliklə, növbəti illərdə illik müdafiə xərcləri ümumi daxili məhsulun ən azı 3,3%-ni təşkil edəcək və 2027-ci ildə ÜDM-in 3,6%-nə çatacaq.

Nazir əlavə edib ki, sürətlə artan müdafiə xərclərini ödəmək üçün hökümət 2028-ci ilin sonuna qədər müvəqqəti təhlükəsizlik vergisi tətbiq edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et