Ölkə əhalisinin sayı ilin əvvəlindən 1689 nəfər və ya 0.02 faiz artaraq 2026-cı il fevral ayının 1-i vəziyyətinə 10 264 040 nəfərə çatıb.
Banco.az xəbər verir ki, ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7788 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,9-dan 8,9-a düşmüşdür.
Doğulan körpələrin 54,2 faizi oğlan uşaqları, 45,8 faizi isə qız uşaqları olmuşdur. Körpələrin 286-sı əkiz doğulmuşdur.
