Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-dən fiziki şəxslər tərəfindən 2025-ci ildə Azərbaycana 100 milyon 718 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55% (35 milyon 734 min dollar) çoxdur. 2024-cü ildə bu məbləğ 64 milyon 984 min dollara bərabər olub.
Qeyd edək ki, ötən il ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2024-cü ildəki 6%-dən 8,6%-ə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
