Daşınmaz əmlak sığortası üzrə yığımlar kəskin azalıb | Banco.az

Daşınmaz əmlak sığortası üzrə yığımlar kəskin azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-aprel aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 11 milyon 625 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 33 milyon 132 min manat və ya 3,9 dəfə azdır. 2025-ci ilin yanvar-aprel aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 44 milyon 757 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 min manat və ya 1,2% artaraq 988 min manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram