Bu ölkələr kibertəhlükəsizlik əməkdaşlığını gücləndirəcək | Banco.az

Bu ölkələr kibertəhlükəsizlik əməkdaşlığını gücləndirəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Hindistan, Yaponiya və Avstraliya ümumi kibertəhlükələrlə mübarizə sahəsində əməkdaşlığı gücləndirəcək.

Banco.az xəbər verir ki, bu, ABŞ prezidenti Cozef Baydenin üç ölkənin Baş nazirləri ilə QUAD formatında görüşünün yekunlarına dair birgə bəyanatında bildirilib.

“Kiberməkanda təhlükəsizlik vəziyyətinin pisləşməsi şəraitində QUAD ölkələri dövlət tərəfindən maliyyələşdirilən subyektlərdən, kibercinayətkarlardan və digər qeyri - dövlət zərərli subyektlərdən gələn ümumi təhdidlərə qarşı çıxmaq üçün kibertəhlükəsizlik sahəsində tərəfdaşlığı gücləndirmək niyyətindədir", - sənədin mətnində deyilir.

Qeyd olunub ki, dörd ölkənin hamısı kiber mühitdə təhdidlər haqqında daha geniş məlumat mübadiləsi yolu ilə kollektiv şəbəkə müdafiəsini gücləndirmək və texniki imkanları inkişaf etdirmək üçün konkret addımlar atmağı öhdəsinə götürür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et