Dünyanın ən bahalı valyutasına sahib ölkədən yeni qərar | Banco.az

Dünyanın ən bahalı valyutasına sahib ölkədən yeni qərar

Müəllif:Mehin Qasımova,Banco.az

Küveyt vətəndaşlığını itirən bəzi şəxslərin ölkədə qanuni şəkildə qalması ilə bağlı yeni qayda qüvvəyə minib.

Yeni sistemə əsasən, müəyyən şəxslərə 10 ilədək yaşayış icazəsi verilə bilər.

Banco.az xəbər verir ki, yeni qayda Küveytin Baş nazirinin müavini və daxili işlər naziri Şeyx Fəhad Yusif Səud əl-Sabahın qərarı ilə tətbiq olunub.

Qərar 1959-cu il Vətəndaşlıq Qanununun müvafiq maddəsi əsasında vətəndaşlıqdan məhrum edilmiş müəyyən şəxsləri əhatə edir.

Yeni qayda vətəndaşlığını itirən şəxslərin Küveyt vətəndaşlığının bərpası anlamına gəlmir.