ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb | Banco.az

ABB “Davr-Bank”la sövdələşməni tamamlayıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistanın “Davr-Bank” ASC-də nəzarət payının alınması üzrə əməliyyatı başa çatdırıb.

Banco.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin “Davr-Bank”la reytinq qiymətləndirməsində bildirilib.

    Bildirilib ki, 10 sentyabr 2026-cı ildə ABB “Davr-Bank”ın buraxılmış səhmlərinin 51%-ni əldə edib.

    S&P hesab edir ki, “Davr-Bank” ABB üçün strateji əhəmiyyətli törəmə quruma çevrilib. Agentliyin məlumatına görə, bankın ABB qrupunun ümumi aktivlərində payı 10–12% təşkil edir.

    Sövdələşmədən sonra “Davr-Bank”ın adının “ABB Davr-Bank” olaraq dəyişdirilməsi planlaşdırılır. (Apa)