Azərbaycanda xarici ticarət və logistika sahəsində bütün əsas dövlət xidmətlərini vahid platformada birləşdirəcək “Bir pəncərə” informasiya sistemi yaradılır.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Sistem vasitəsilə xidmətlərə çıxış sadələşdiriləcək, sənəd dövriyyəsi rəqəmsallaşdırılacaq, logistika əməliyyatları real vaxt rejimində izlənəcək və biznes subyektləri dövlət qurumları ilə vahid rəqəmsal mühitdə fəaliyyət göstərə biləcəklər:
“Layihənin ilk mərhələsində bitki və bitkiçilik məhsullarının ixracı üzrə xidmətlər rəqəmsallaşdırılıb. Gələcək mərhələlərdə isə bütün ixrac, idxal və tranzit proseslərinin sistem üzərindən həyata keçirilməsi nəzərdə tutulur".
