6 ayda ölkə əhalisi ərzağa 16 milyard manatdan çox pul xərcləyib | Banco.az

6 ayda ölkə əhalisi ərzağa 16 milyard manatdan çox pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi 2026-cı ilin yanvar-iyun aylarında ərzaq məhsullarına 16 milyard 175.9 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur. 

Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 525,7 manatlıq, o cümlədən 285,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 240,0 manatlıq qeyri-ərzaq malları alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram