Bu ilin ilk yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 24 milyard 661,3 milyon dollar olub.
Banco.az xəbər Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət dövriyyəsi ötən ilin ilk yarısı ilə müqayisədə 261 milyon dollar və ya 1,1% artıb.
Xatırladaq ki, ötən ilin birinci yarısında xarici ticarət dövriyyəsi 24 milyard 400,3 milyon dollar təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin 16 milyard 320,2 milyon dolları ixracın, 8 milyard 341,1 milyon dolları idxalın payına düşüb.
Ötən ilin birinci yarısı ilə müqayisədə ixracın həcmi 3 milyard 442 milyon dollar (26,7%) artıb, idxalın həcmi isə 3 milyard 181 milyon dollar (27,6%) azalıb.
