Banklar kredit faizlərindən 715 mln. manata yaxın gəlir əldə ediblər | Banco.az

Banklar kredit faizlərindən 715 mln. manata yaxın gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2026-cı ilin yanvar-fevral aylarında müştərilərə verilmiş kreditlərdən 714,8 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 121,4 milyon manat və ya 20,5% çoxdur.

Banklar 2025-ci ilin ilk 2 ayında 593,4 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 2 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 134,1 milyon manat (17,8%) artaraq 886,7 milyon manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram