Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2026-cı ilin yanvar-mart aylarında 570 min dollar dəyərində 1 618 ton kartof ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 73,4% və ya 241,2 min dollar, miqdar baxımından isə 609 ton və ya 60,4% çoxdur.
2025-ci ilin yanvar-mart aylarında ixrac edilən kartofun miqdarı 1 009 tona, dəyəri isə 328,9 min dollara bərabər idi.
Qeyd edək ki, yanvar-mart aylarında kartofun ümumi ixracda xüsusi çəkisi 0,01%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 0,04%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
