Yapı Kredi Bank Azərbaycan-ın aktivləri 1 milyard manatı ötüb | Banco.az

Yapı Kredi Bank Azərbaycan-ın aktivləri 1 milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Yapı Kredi Bank Azərbaycan-ın xalis mənfəəti cari ilin yanvar-sentyabr aylarında 9 milyon 247 min manat təşkil edib. Bankın xalis mənfəəti illik müqayisədə 1 milyon 535 min manat və ya 19,9% artıb.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 30 sentyabr 2026-cı il tarixinə Yapı Kredi Bank Azərbaycan-ın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 216 milyon 210 min manat və ya 27,3% artaraq 1 milyard 8 milyon 938 min manata çatıb.

Bankın kredit portfeli hesabat dövrü ərzində artım göstərib. Belə ki, 2025-ci ilin sonu ilə müqayisədə bankın kredit portfeli 95 milyon 913 min manat (20,5%) artıb və 563 milyon 171 min manat olub.

30 sentyabr tarixinə bankın depozit portfeli 630 milyon 603 min manat təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 102 milyon 860 min manat və ya 19,5% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram