Azərbaycanda mikro kreditlərin həcmi 4 mlrd. manata çatır | Banco.az

Azərbaycanda mikro kreditlərin həcmi 4 mlrd. manata çatır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi 2026-cı il iyun ayının 1-i tarixinə 16 milyard 402 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0.6% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 519.2 mln. manatı və ya 3.2%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 499.4 mln. manatı iri sahibkarlığa, 2 mlrd. 334 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 763 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 805 mln. manatı isə mikro sahibkarlığa verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram