Azərbaycanda 9 ləğv prosesində olan bankların əmlakları hərraca çıxarılır | Banco.az

Azərbaycanda 9 ləğv prosesində olan bankların əmlakları hərraca çıxarılır

Avqustun 5-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğvetmə mərhələsində olan "Yunayted Kredit Bank"ın, avqustun 6-da "Zaminbank"ın, avqustun 12-də isə "Muğan Bank", "Dekabank Kommersiya Bankı", "AGBank", "DəmirBank", "NBCBank", "AtaBank", "Zaminbank" ASC-lərinin və "Bank Standard" QSC-nin daşınmaz və daşınar əmlaklarının satışı üzrə açıq hərraclar təşkil olunacaq.

Bu barədə bankların ləğvedicisi qismində çıxış edən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) yayıb.

Hərraclarda satışa çıxarılacaq əmlaklar arasında "Yunayted Kredit Bank"a aid Xaçmaz rayonu, Şimali qəsəbəsində yerləşən dəyəri 55 min manat təşkil edən 107,6 kvadratmetrlik fərdi yaşayış evi, "Zaminbank"a aid Sumqayıt şəhəri, 9-cu mikrorayondakı dəyəri 400 min manat olan 199,3 kv metrlik qeyri-yaşayış sahəsi, həmçinin Şirvan şəhəri, Səməd Vurğun küçəsindəki dəyəri 90 min manat müəyyən edilmiş 76,6 kv metrlik qeyri-yaşayış sahəsi və dəyəri 70 min manat olan 58,8 kv metrlik mənzil yer alır.

Bundan əlavə, "Muğan Bank"a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, ev 12 ünvanında yerləşən dəyəri 250 min manat olan 61,5 kv metrlik mənzil, eləcə də Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki dəyəri 120 min manat təşkil edən 0,2 hektarlıq torpaq sahəsi satışa təqdim ediləcək.

"Dekabank Kommersiya Bankı"na aid Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi yolu, ev 20 ünvanındakı dəyəri 235 min manat olan 87,4 kv metrlik qeyri-yaşayış sahəsi, "AGBank"a aid Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 ünvanında yerləşən dəyəri 240 min manat müəyyənləşdirilmiş 320 kv metrlik qeyri-yaşayış sahəsi, "DəmirBank"a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsindəki dəyəri 900 min manat olan 2 089 kv metrlik əmlak kompleksi, "NBCBank"a aid Şamaxı rayonu, Məlhəm kəndindəki dəyəri 200 min manat təşkil edən 464,2 kv metrlik fərdi yaşayış evi, "AtaBank"a məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsindəki dəyəri 50 min manat olan 40,8 kv metrlik qeyri-yaşayış binası, dəyəri 140 min manat olan 288,1 kv metrlik qeyri-yaşayış sahəsi və dəyəri 240 min manat müəyyən edilmiş 496,4 kv metrlik qeyri-yaşayış binası, "Bank Standard"a aid Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 390-cı məhəllə, ev 56a ünvanındakı dəyəri 480 min manat olan 143,2 kv metrlik qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 18 ünvanındakı dəyəri 570 min manat təşkil edən 164,06 kv metrlik qeyri-yaşayış sahəsi də hərracda satışa çıxarılacaq.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram