Azərbaycanda internetin sürəti artıbmı? | Banco.az

Azərbaycanda internetin sürəti artıbmı?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin avqust ayında Azərbaycan mobil internetin sürətinə görə 111 ölkə arasında 55,14 MB/S sürətlə 45-ci yerdə qərarlaşıb. Azərbaycan iyul ayı ilə müqayisədə mövqeyində 4 pillə irəliləyib. 

Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 161 ölkə arasında 104-cü yerdə qərarlaşıb. Burada Azərbaycan 5 pillə irəliləyib.

Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 45,47 MB/S olub. İyulda isə internetin orta sürəti 40,65 MB/S idi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et