Azərbaycan xalis maliyyə aktivlərini 182 milyon dollar artırıb | Banco.az

Azərbaycan xalis maliyyə aktivlərini 182 milyon dollar artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivləri 181,6 milyon ABŞ dolları artıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 dəfə azdır.

Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (879.2 mln. dollar), portfel investisiyaları (51.7 mln. dollar) və digər investisiyalar (-749.3 mln. dollar) hesabına formalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram