Müəllif: Gülnar Əhmədli, Banco.az
İtaliya 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 2 milyard 531 milyon 469 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İtaliyanın idxal etdiyi neftin həcmi isə 4 milyon 766 min 278 ton təşkil edib.
İtaliyanın idxal etdiyi neftin dəyəri 2025-ci ilin eyni dövrünə nisbətdə 82 milyon 672 min dollar və ya 3,4%, miqdarı isə 377 min 310 ton və ya 8,6% artıb.
Qeyd edək ki, ilk 4 ayda Azərbaycanın ümumi neft ixracının dəyəri 4 milyard 365 milyon 298 min dollar, miqdarı isə 7 milyon 923 min 87 tona bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
