11 milyonluq daha bir şirkət MMC-yə çevrilir | Banco.az

11 milyonluq daha bir şirkət MMC-yə çevrilir

“Azər Maya İstehsal” QSC (VÖEN: 1505428971) təşkilatı-hüquqi formasını dəyişir.

Banco.az xəbər verir ki,  QSC çevrilmə şəklində yenidən təşkil olunaraq MMC-yə çevrilir.

“Azər Maya İstehsal” MMC “Azər Maya İstehsal” QSC-nin bütün hüquq və vəzifələri üzrə hüquq varisidir.

Qeyd edək ki, şirkət 2021-ci ildə VÖEN alıb. Nizamnamə kapitalı 10 milyon 761 min manat olan şirkətin qanuni təmsilçisi Əliyev Elvin Eldar oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədir.