Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla” və “NatPower” Avropada genişmiqyaslı enerji saxlama tərəfdaşlığına başlayırlar.
Banco.az xəbər verir ki, enerji şirkəti “NatPower” ilə ABŞ-ın elektrikli avtomobil istehsalçısı olan “Tesla” Avropada 25 giqavat-saatdan çox batareya enerji saxlama sistemi gücünü əhatə edən uzunmüddətli təchizat və icra müqaviləsi imzalayıblar.
“NatPower” tərəfindən verilən açıqlamada bildirilib ki, müqavilə çərçivəsində həyata keçiriləcək layihələr İtaliya və Birləşmiş Krallıqda reallaşdırılacaq və “NatPower”ın mülkiyyətində fəaliyyət göstərəcək.
Açıqlamaya əsasən, müqavilə İtaliya və Birləşmiş Krallıqda inkişaf etdiriləcək ilk beş layihəni əhatə edir. Bu layihələr ümumi güc hədəfi 100 giqavat-saatı aşan daha genişmiqyaslı proqramın ilk icra mərhələsini təşkil edir.
Proqram çərçivəsində nəzərdə tutulan layihələrin ümumi tikinti dəyərinin 4-5 milyard dollar arasında olacağı gözlənilir. Həmçinin layihələrin 20 illik müddət ərzində 15 milyard dollardan çox gəlir yaradacağı proqnozlaşdırılır.
Müqaviləyə əsasən, “Tesla” “Megapack” batareya enerji saxlama sistemi həlli ilə yanaşı, mühəndislik, təchizat və tikinti xidmətləri də təqdim edəcək. Şirkət eyni zamanda “Autobidder” platforması vasitəsilə uzunmüddətli gəlir zəmanətlərini əhatə edən enerji ticarəti və optimallaşdırma xidmətləri göstərəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
