Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə öhdəlikləri 1 milyard 995 milyon ABŞ dolları artıb.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 44,2 dəfə çoxdur.
Rüblük artım ölkəyə cəlb olunmuş birbaşa investisiyaların 1 milyard 720,1 milyon ABŞ dolları artması (13,2 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 1 milyard 654,3 milyon ABŞ dolları azalması (5,9 % az), neft bonusunun 0,4 milyon ABŞ dolları artması (1 125,5 dəfə az), portfel investisiyalarının 2 milyard 13,3 milyon ABŞ dolları azalması (428,4 dəfə çox), digər investisiyaların isə 47,9 milyon ABŞ dolları azalması (5,2 dəfə az) hesabına təmin edilib.
