5 ayda ölkə əhalisi ərzağa 13 milyard manata yaxın pul xərcləyib | Banco.az

5 ayda ölkə əhalisi ərzağa 13 milyard manata yaxın pul xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi 2026-cı ilin yanvar-may aylarında ərzaq məhsullarına 12 milyard 978.2 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur. 

Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 496,9 manatlıq, o cümlədən 275,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 221,2 manatlıq qeyri-ərzaq malları alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram