Azərbaycan ət idxalına 18 mln. dollara yaxın xərc çəkib | Banco.az

Azərbaycan ət idxalına 18 mln. dollara yaxın xərc çəkib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanva-fevral aylarında Azərbaycana 17 milyon 893 min ABŞ dolları dəyərində 7 min 471 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 0,1%, dəyəri isə 13,9% artıb.

Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycana 15 milyon 715 min dollar dəyərində 7 min 463 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,69%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram