Heç birimiz peşəkar natiq olmasaq da, işgüzar həyatda iclaslardan iş müsahibələrinə qədər bir çox məqamlarda insanların qarşısında çıxış etmək zərurəti ilə qarşılaşırıq. Əmin ola bilərsiniz ki, belə çıxışlar etmək heç kəs üçün düşünüldüyü qədər asan deyil. Tanınmış şəxslər belə auditoriya qarşısında çıxış edərkən stress keçirə və fikirlərini çatdırmaq da çətinlik çəkə bilərlər.
Həmçinin oxu: Dünyanın ən uğurlu insanları bunları ƏSLA etmirlər
Bu şəxslərdən biri də “Virgin Group” – un CEO – su, uğurlu sahibkar Riçard Bransondur. O da çoxlarımız kimi bir vaxtlar insanların qarşısında çıxış etməkdən qorxurdu. Lakin bu qorxunun öhdəsindən gəlmək üçün 3 prinsipdən ibarət bir strategiya müəyyənləşdirdi.
Riçard Bransonun 3 effektiv prinsipinə əməl etməklə siz də geniş auditoriyalar qarşısında rahatlıqla çıxış edə bilərsiniz.
1. Dostlarınız ilə söhbət etdiyinizi düşünün.
Bu, sadə görünsə də, çox effektiv bir üsuldur. Riçard Branson deyir ki, o, özünü bu prinsipə köklədiyi zaman auditoriya qarşısında daha rahat çıxış edir. Sanki minlərlə insan onu izləmir, o sadəcə öz dostları ilə söhbət edir.
Bu prinsipə əməl etmək üçün əvvəlcə özünüzü buna inandırın, daha sonra isə çıxışınızın düşündüyünüzdən daha asan olacağını görəcəksiniz.
Həmçinin oxu: Dünyanın Ən UĞURLU insanlarından Uğurun tərifi
2. Hər zaman hazırlıqlı olun.
Bu prinsip o demək deyil ki, siz hər an çıxış etməyə hazır olmalısınız. Prinsipin əsası odur ki, hazırladığınız çıxışın mövzusu, hədəf auditoriyası və s. amillərdən asılı olmayaraq çıxışınıza hazır olmalısınız. Əgər anadangəlmə bir natiqlik bacarığınız olduğunu düşünürmürsünüzsə, çıxışınıza əvvəlcədən hazırlaşmağınız məsləhət görülür. Çıxışın üzərində tez-tez işləmək və məşq etmək hazır hiss etməyinizin ilk şərtidir.
Həmçinin oxu: Uğurlu olana qədər neçə dəfə cəhd etməlisiniz?
3. Çıxışdan əvvəl dəfələrlə məşq edin.
Məşq etmək həyatın hər sahəsində işinizə yarayacaq və uğur əldə etməyinizə kömək edəcək bir üsuldur. Çıxış edəcəyiniz tarixdən əvvəl hər gün 1 saat ərzində evdə hər hansı bir insanın qarşısında və ya güzgüyə baxaraq danışacaqlarınızı təkrarlayın.
Riçard Bransona görə:
“Əgər çıxışınızı yuxuda görmürsünüzsə, deməli kifayət qədər hazır deyilsiniz.”
Tamara Mustafayeva, Banco.az