“Apple” ABŞ-nin smartfon bazarında liderliyini itirdi | Banco.az

“Apple” ABŞ-nin smartfon bazarında liderliyini itirdi

Müəllif:Ayşən İmanova/Banco.az

Son bir ildə "Apple" Amerika smartfon bazarında liderliyini itirib. 

Banco.az xəbər verir ki, bu barədə “CIRP”nin hesabatında deyilir.

2024-cü ilin martında başa çatan hesabat dövründə Amerikanın “Apple” şirkətinin yerli bazarda payı 33 faiz təşkil edib. Birinci yeri 38 faiz payla “Samsung” tutub. “Motorola” da ilk 3-lüyə daxil olub.

Eyni zamanda, Tim Kukun korporasiyası qurğuların satışından rəqiblərindən daha çox gəlir əldə edib. Bu, şirkətin əsasən premium cihazları satması ilə izah edilir. Belə ki, ABŞ-ın flaqman bazarında “Apple”ın payı 64 faiz, “Samsung”un payı isə 42 faiz olub.

“CIRP” analitikləri həmçinin aşkar ediblər ki, “Apple” ildə “Samsung”dan daha çox yeni smartfonlarını satır. Belə ki, Koreya şirkətinin bir il əvvəl və ya daha sonra buraxılmış “Galaxy S” və “Galaxy A line” telefonları satışların böyük hissəsini təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et