“Amazon” anbar işçilərinin maaşını saatda 22 dollara qaldıracaq | Banco.az

“Amazon” anbar işçilərinin maaşını saatda 22 dollara qaldıracaq

Müəllif: Ayşən İmanova/Banco.az
Amerikanın “Amazon” şirkəti ABŞ-dakı anbar işçilərinin orta əmək haqqının saatda 20,5 dollardan 22 dollara artdığını açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.

Bildirilir ki, şirkət həmçinin ilin əvvəlindən öz işçilərinə illik 140 dollara başa gələn və sürətləndirilmiş göndərmə və axın xidmətlərinə çıxışın üstünlüklərini təmin edən pulsuz “Amazon Prime” abunəsi verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, keçən həftə şirkət çatdırılma sürücüləri üçün də orta əmək haqqını saatda 22 dollara qədər artırıb.

 “Amazon”un ümumi işçi qüvvəsi təxminən 1,5 milyon nəfərdir və onların əksəriyyəti malların qəbulu və göndərilməsi ilə məşğuldur.

Qeyd edək ki, bu ilin əvvəlindən şirkətin kapitallaşması 22,3% artaraq 1,96 trilyon dollara çatıb.

Ən sərfəli krediti almaq üçün müraciət et