Aİ Ukraynaya 160 milyon avro ayıracaq | Banco.az

Aİ Ukraynaya 160 milyon avro ayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqı (Aİ) Ukraynanın enerji infrastrukturu üçün 160 milyon avro ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, 160 milyon avronun təxminən 100 milyonu dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən götürülüb.

Bildirilib ki, bu məbləğin bir hissəsi Ukraynanın müdafiəsinə, qalan hissəsi isə enerji təchizatına yönəldiləcək.

Bundan əlavə, Avropa Komissiyasının bu yaxınlarda verdiyi bəyanatda qeyd olunub ki, müharibə başlayandan bəri Aİ Ukraynanın enerji infrastrukturu üçün 2 milyard avro ayırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et