Aİ-dən Rusiya vətəndaşlarına viza məhdudiyyətlərini sərtləşdirmək siqnalı | Banco.az

Aİ-dən Rusiya vətəndaşlarına viza məhdudiyyətlərini sərtləşdirmək siqnalı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-dən Rusiya vətəndaşlarına viza məhdudiyyətlərini sərtləşdirmək siqnalı.

Banco.az xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynaya qarşı Rusiya ordusunda döyüşmüş şəxslərin Aİ-yə girişinə qadağa qoyulması və rusiyalı turistlərə tətbiq olunan viza məhdudiyyətlərinin sərtləşdirilməsi təkliflərinin Aİ-yə üzv ölkələrin əksəriyyəti tərəfindən dəstəkləndiyini bildirib.

Kallas İrlandiyada “Gymnich” formatında keçirilən qeyri-rəsmi Aİ xarici işlər nazirləri toplantısından sonra jurnalistlərə açıqlama verib.

O, Ukraynaya qarşı Rusiya ordusunda döyüşmüş şəxslərin Aİ-yə girişinin qadağan edilməsi və rusiyalı turistlərə viza məhdudiyyətlərinin artırılması məsələsində üzv ölkələr arasında geniş dəstəyin olduğunu bildirib. Kallas, həmçinin Almaniyanın Leypsiq-Halle hava limanında partlayıcı yüklü pilotsuz uçuş aparatının aşkarlanması ilə bağlı aparılan araşdırmaya toxunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram