Müəllif: Gülnar Əhmədli, Banco.az
İrlandiyadan fiziki şəxslər tərəfindən cari ilin yanvar-iyun aylarında Azərbaycana 42 milyon 963 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 dəfə (37 milyon 113 min dollar) çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 5 milyon 850 min dollara bərabər olub.
İlk 6 ayda İrlandiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 5,7% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
