ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa edəcək | Banco.az

ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən bərpa edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ administrasiyası İranla bağlı hadisələr fonunda enerji bazarında qiymətlərin sabitləşməsindən sonra Rusiya neftinə qarşı sanksiyaların yenidən tətbiqini nəzərdən keçirir.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt açıqlama verib. Onun sözlərinə görə, Rusiya nefti ilə əməliyyatlar üçün verilən lisenziyalar və onların müddətinin uzadılması yalnız müvəqqəti xarakter daşıyıb.

Nazir vurğulayıb ki, enerji qiymətlərinin aşağı salınması ilə bağlı zərurət aradan qalxdıqdan sonra bu güzəştlərin davam etdirilməsi planlaşdırılmır.