Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyə Mərkəzi Bankı (TCMB) aprel ayında keçirilən iclasında faiz dərəcəsini 37 faiz səviyyəsində saxlamaq qərarına gəlib.
Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ABŞ–İsrailin Yaxın Şərqdə başlatdığı müharibənin təsiri ilə enerji qiymətləri kanalı üzərindən inflyasiya təzyiqlərinin müşahidə olunduğu şəraitdə uçot faiz dərəcəsini dəyişməz saxladı.
Bank aprel ayı iclasında uçot faizini 37 faiz səviyyəsində qoruyub saxlayıb. “Bloomberg HT” sorğusunda iştirak edən qurumların gözləntiləri və bazar qiymətləndirmələri də faizin bu səviyyədə sabit qalacağını göstərirdi.
TCMB İran müharibəsinin başlaması ilə mart ayında bir həftəlik repo hərraclarını dayandırmış, likvidlik alətləri vasitəsilə sərtləşdirmə siyasətinə keçərək maliyyələşməni faiz dəhlizinin yuxarı həddi olan 40 faizdən həyata keçirməyə başlamışdı.
Müharibənin maliyyə bazarlarında dalğalanmalara səbəb olduğu ilk həftələrdə təxminən 50 milyard dollar həcmində satış etdiyi ehtimal olunan TCMB, daha sonra portfel daxilolmalarının bərpası ilə bu ehtiyatların bir hissəsini yenidən toplamışdı.
TCMB gecəlik borcvermə faiz dərəcəsini 40 faizdə, gecəlik borcalma faiz dərəcəsini isə 35,5 faizdə sabit saxlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
