"Ford" 140 min dən çox avtomobili geri çağırır | Banco.az

"Ford" 140 min dən çox avtomobili geri çağırır

Müəllif:Mehin Qasımova,Banco.az

"Ford" ABŞ-də təxminən 140 min avtomobili  naqillərin zədələnməsi səbəbindən geri çağırır.

Banco.az xəbər verir ki, bu barədə  Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) bildirib.

Məlumata görə, geri çağırılma "Ranger" pikaplarına təsir göstərir.

Belə ki, günəşdən qoruyucu və  dam örtüyündəki naqil qoşqularının düzgün yerləşdirilməməsi qısaqapanmaya və yanğına səbəb ola bilər.

Dilerlər naqilləri yoxlayacaq və lazım gələrsə dəyişdirəcəklər.

 Qeyd edək ki, 2026-cı ilin əvvəlindən bəri Ford-un bazar kapitallaşması 2,6% azalaraq 51 milyard dollara düşüb.