Rusiya gübrə ixracına qoyulan kvotanı ilin sonuna qədər uzadıb | Banco.az

Rusiya gübrə ixracına qoyulan kvotanı ilin sonuna qədər uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya gübrə ixracına qoyulan kvotanı ilin sonuna qədər uzadıb.

Banco.az xəbər verir ki, qlobal gübrə bazarında təklif böhranı dərinləşərkən Rusiyadan diqqətçəkən addım gəlib. Moskva rəhbərliyi gübrə ixracına tətbiq olunan kvotaların dekabr ayınadək uzadıldığını açıqlayıb.

Hökumətin yaydığı məlumata görə, rus istehsalçılarına 1 iyun–30 noyabr dövründə ümumilikdə 20 milyon ton gübrə ixrac etməyə icazə veriləcək. Bu qərar İran müharibəsi və Hürmüz Boğazında baş verən aksaklıqların qlobal gübrə ticarətinə ciddi təsir göstərməsindən sonra qəbul olunub.

Hürmüz Boğazının faktiki olaraq bağlanması dəniz yolu ilə daşınan gübrə ticarətinin təxminən üçdə birini iflic vəziyyətinə salıb. Bu vəziyyət qlobal miqyasda ərzaq böhranı ilə bağlı narahatlıqları artırmaqla yanaşı, bəzi ölkələri öz fermerləri üçün alternativ təchizat mənbələri axtarmağa vadar edib.

Lakin təklif tərəfdəki sıxıntı yalnız logistika ilə məhdudlaşmır. Çin və Rusiya kimi iri istehsalçıların ixracı məhdudlaşdırması bazarda rəqabəti daha da gücləndirir. Nəticədə alıcılar məhdud həcmdə məhsul üçün daha yüksək qiymətlər ödəmək məcburiyyətində qalırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram