Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir Prezident Donald Trampın göstərişi ilə Ticarət Qanununun 301-ci maddəsinə əsasən müəyyən Braziliya məhsullarına 25 faizlik tarif tətbiq olunacağını açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nümayəndəsi (USTR) qərarın təxminən bir il davam edən araşdırmadan sonra verildiyini bildirib.
Araşdırma Braziliyanın rəqəmsal ticarət, tariflər, əqli mülkiyyət hüquqları, etanol bazarına çıxış və meşələrin qırılması ilə bağlı siyasətinin ABŞ ticarətinə mənfi təsir göstərdiyi qənaətinə gəlib.
