Kriptovalyuta dünyası dəyəri milyonlara çatan sərmayələrlə gücünə güc qatır. Bu dünyaya daxil olmaq istəyənlərin isə işə təhlükəsizlikdən başlamaları məsləhət görülür.
Texnologiya nəhəngləri, dövlətlər və institutlardan gördüyü böyük dəstəklə məşhurluğunu gündən-günə artıran Bitcoin və digər kriptovalyutalar istehlakçılardan bir xeyli maraq görür. DSX-in (Data Science Experience) icraçı direktoru Mike Rymanov kriptovalyuta sərmayələrini təhlükəsiz saxlamaq istəyən investorlara 5 əhəmiyyətli tövsiyə verir.
- İstifadə etdiyiniz bütün cihazların təhlükəsiz olduğundan əmin olun - İşin texniki qisimlərinə girmədən əvvəl, istifadəçilərin cihazlarının yaxşı qorunduğuna əmin olmaları vacib məsələdir. Əməliyyat sistemlərini ələ keçirən zərərli proqramlar yalnız kripto pul varlıqlarını deyil, istifadəçilərin cihaz üzərindəki bütün məlumatlarını da təhdid edir. Bu riskləri minimuma endirmək üçün investorların istifadə etdikləri kompüter, ağıllı telefon və tablet kimi cihazların tam qorunduğuna əmin olmaları və sistemlərini nizamlı aralıqlarla təhlükəsizlik testlərindən keçirmələri lazımdır. Kaspersky, Avast və Norton kimi texnologiya nəhəngləri təqdim etdikləri keyfiyyətli təhlükəsizlik həlləri ilə cihazları risklərə qarşı qoruyaraq onları kriptovalyuta əməliyyatlarına hazır hala gətirir.
- İki faktorlu identifikasiya istifadə edin - İstifadəçilərin sosial media platformalarından aşina olduğu "İki faktorlu kimlik", kriptovalyutalara da əlavə təhlükəsizlik gətirir. Rəqəmsal pulqabıların demək olar ki, hamısı bu xüsusiyyət ilə gəlir. Şəxsin təyin etdiyi şifrə ilə kifayətlənməyən bu yoxlama sistemi, telefon nömrəsini və e-poçt ünvanını da tələb edir. İnvestorlar etdikləri əməliyyatları mobil telefonlarına gələn qısa mesajlar ilə təsdiqləyir, ola biləcək bir təhdid qarşısında da hesablarını asanca zəmanət altına alır.
- Cəmiyyətə açıq internet əlaqələrindən uzaq durun - Kafelər, restoran və ya tədbirlərdə pulsuz Wi-Fi olan nöqtələr kriptovalyuta investorları üçün böyük riskdir. Yüzlərlə insanın fərdi məlumatlarını üzərində daşıyan bu əlaqə nöqtələri, kiber cinayətkarların radarına girir. İnvestorların belə bir risk etməmələri və kripto pul əməliyyatlarını yalnız 100% etibarlı olduğunu bildikləri keçidlər üzərindən etmələri lazımdır.
- Hər deyilənin doğru olmadığını bilin - Kriptovalyuta bazarları yaşadıqları sürətli dalğalanmalarla ənənəvi bazarlardan ayrılır. Hər hansı kripto valyutası çox qısa müddətdə böyük dəyər itirə bilər. Kütlənin tövsiyə etdiyi kripto pul vahidlərinə sərmayə qoyan investorlar çox qısa müddətdə böyük zərərə düçar olur. İnvestorların çıxan hər xəbərə inanmamaları və yeni axınlara təmkinli yaxınlaşmaları lazımdır.
- İstifadəçi məlumatlarınızı şifrələyərək qoruyun - Kriptovalyuta istifadəçilərinin dünyasında giriş məlumatı kompüterə yüklənən bir faylda saxlanılır. Sistemin Blockchain texnologiyası ilə şifrələnməsi onu hücum edənlər üçün yeni bir hədəf halına gətirir. İnvestorların etməli olduğu şey isə bu təhdidi bir şifrələmə tətbiqiylə əlavə qoruma altına almaq olur. Prosesdən sonra başqaları üçün tamamilə yararsız olan fayl, investorlar üçün riskləri ortadan qaldırır. Könüllü olaraq keyfiyyətli bir USB yaddaş içində saxlanan fayl cinayətkarlar üçün tamamilə əlçatmaz hala gəlir. Beləliklə, rəqəmsal aktivlərinin təhlükəsiz olduğuna əmin olan investorlar təhlükəsizlik problemləri ilə deyil, yeni imkanlar üzərində fikirləşirlər.
Pərvanə Aslanova, Banco.az